İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!
MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.
Вниманию желающих помочь и оказать услугу на пути Ислама!
Aləmlərin rəbbi, Mübarək Ramazan ayında Qurani nazil edən Allahın adı ilə
قالَ رَسُولُ اللّهِ صلي الله عليه و آله: «وَ مَنْ تَلافيه آيَةً مِنَ القُرْآنِ، كانَ لَهُ مِثْلُ اَجْرِمَنْ خَتَمَ القُرْآنَ فى غَيْرِهِ مِنَ الشُّهُورِ» - جامع الاخبار و الآثار، ج 1، ص 329
Allahın rəhmət elçisi Həzrət Muhəmməd (s) buyurmuşdur:
Peyğəmbər (s) buyurdu: “Kim Mübarək Ramazan ayında bir ayə Quran oxuyarsa, onun savabı başqa aylarda Quranı xətm edən şəxsin savabı kimidir.” - Camiul Əxbar, vəl asar, c1, s329.
Allahın sonsuz salamı, rəhməti və bərəkəti olsun həzrət Muhəmmədə (s) və onun pak Əhli-beytinə (ə)! Allahın salamı olsun əziz müsəlman xaqımıza. «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi Mübarək Ramazan ayının gəlişi ilə əlaqədar olaraq bu ayın daha mənəvi və ruhani keçməsi məqsədi ilə bu ayda müxtəlif Quran proqramları hazırlayaraq siz dəyərli möminlərin ixtiyarında qərar vermişdir. Bu proqramlara Mübarək Ramazan ayının gündəlik dualarının şərhi, Hər gün cəm şəkildə bir Quran xətmi və s daxildir.
Qeyd edək ki, bu proqramlar yalnız Mübarək Ramazan ayı üçün nəzərdə tutulub və qeydiyyatsız hamı proqramlarda iştirak edə bilər. Mübarək ay tamam olandan sonra da proqramlar bitəcək. Proqramlara qatılmaq üçün aşağıdakı nömrələrə telegram vasitəsilə müraciət edə bilərsiniz və yaxud proqram qruplarına qoşulmaq üçün qrup şəkillərinin üzərində toxunmaqla birbaşa keçid edə bilərsiniz. Həmçinin "Darul Quran" kanalımızda da Ramazan ayı boyunca bəzi qarilərin gözəl Quran tilvaətindən faydalana bilərsiniz. Fürsəti fövtə verməyərək bu mübarək ayda Allahdan hər birinizə mənəvi bərəkətli ömür arzulayara həzrət İmam Zamanın (əc) zühurunun tezlışmısi üçün hamınızın dua etməsini rica edirik. Allah bütün ibadət və itaətlərini qəbul eləsin.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi Quran maarifinin nəşri istiqamətində «DÜZGÜN QİRAƏT» adlı virtual Quran müsabiqəsini uğurla keçirmişdir. Müsabiqənin nəticəsi ilə tanış olmaq üçün keçid edə bilərsiniz. Əlavə məlumat üçün teleqramda əlaqə nömrəmiz: 00989902370737
Virtual İslam maarifi dərslərində iştirak etmək üçün ad, soyad, ata adı və telefon nömrəsi ilə qeydiyyatdan keçmək kifayətdir. Əlaqə və əlavə məlumat üçün teleqram vasitəsilə müraciət edə bilərsiniz: 00989902370737
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi oxucuların istifadəsi üçün bağlı və ya etibar etdiyi faydalı kanallar və saytları "FAYDALI KANALLAR" rubrikasında təqdim edir. Diqqətinizə çatdırırıq ki, mərkəz özünə aid kanal və ya saytlarda dərc olunmuş materiallar barədə məsuliyyəti qəbul edir və dost kanal və ya saytlarda dərc olmuş materiallara görə cavabdehlik daşımırıq.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi oxucuların istifadəsi üçün bağlı və ya etibar etdiyi faydalı kanallar və saytları "FAYDALI KANALLAR" rubrikasında təqdim edir. Diqqətinizə çatdırırıq ki, mərkəz özünə aid kanal və ya saytlarda dərc olunmuş materiallar barədə məsuliyyəti qəbul edir və dost kanal və ya saytlarda dərc olmuş materiallara görə cavabdehlik daşımırıq.
Peyğəmbərlər silsiləsinin sonuncu incisi Həzrət Muhəmməd Rəsuləllah (Allahın salamı Ona və pak ailəsinə olsun) sonuncu səmavi din olaraq "İSLAM"ı gətirərək bəşəriyyətə nicat yolunu göstərmişdir.
COVID-19-la əlaqəli xəbərləri çox diqqətlə izləməyin. Günün sonunda bir dəfə xəbərləri dinləmək yetərlidir. Qidalanmaya diqqət yetirin, çalışın hərəkətsiz qalmayın, ev şəraitində özünüzə məşğuliyyət tapın və ya icad edin. Gününüzün bir neçə saatını kitab oxumaq və elmi fəaliyyətə ixtisas verin.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzində İslam maarifini birbaşa Həzrət Mövlanın (ə) öz dilindən öyrənilməsinə şərait yaratmaq məqsədilə “Əbədi öyüd” adlı onlayn müsabiqə elan edirik. Əlavə məlumat üçün əlaqə nömrəsi: 00994702281822
Peyğəmbərlər silsiləsinin sonuncu incisi Həzrət Muhəmməd Rəsuləllah (Allahın salamı Ona və pak ailəsinə olsun) sonuncu səmavi din olaraq "İSLAM"ı gətirərək bəşəriyyətə nicat yolunu göstərmişdir.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin Təhsil Şöbəsi, Quran və Əhli-Beyt (ə) maarifinin doğru və düzgün şəkildə geniş kütləyə çatdırılması məqsədi ilə həftənin bütün günlərində təhsil proqramlarından əlavə, "Virtual Elmi Müşavirə Otağı"nda oxucuların suallarını cavablandırmağı qərara almışdır. Əziz mömin bacı və qardaşlarımız, Höccətül-İslam Şeyx Emil Manafov aşağıda adları qeyd olmuş mütəxəssislərin köməyilə sizin suallarınızı cavablandıracaqdır.
İmam Əli ibni Əbitalib (ələyhiməssəlam): Bir zaman gələr Qurandan rəsmindən (zahiri görünüşündən, xəttindən və yazısından) başqa bir şey qalmaz.(Nəhcül-bəlağə, Hikmətli sözlər: 369)
Allah rəsulu Həzrət Muhəmməd (s) buyurmuşdur: Quran, Allahın bərəkətli süfrəsidir. Onu öyrənin və bacardığınız qədər bu yolda çalışın... Əziz möminlər, biz də bu il mübarək Ramazan ayında Quran oxumağı öyrənməkdə sizə kömək etməyə çalışacağıq.
Fəlsəfə elmləri doktoru Höccətül-İslam Vaqif Quliyevin təqdimatında «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsində elmi-fəlsəfi bəhslər silsiləsindən «Dini inancların həyat tərzində rolu» - 2020-21 Təhsil ilində. Əlavə məlumat üçün: 00989902370737
Aşağıda adları çəkilən tələbələr uzun müddətli təlim və hazırlıqdan sonra iki dəfə mərkəzin Quran bölməsində imtahan verib, şəri cəhətdən məqbul səviyyədə Quran oxumaq bacarıqlarını kəsb etdiklərini təsdiqləyən şəhadətnamələrə yiyələnmişlər.
عن أبي ذر قال: قال رسول الله (ص): يا أباذرّ الجلوس ساعةً عند مذاكرة العلم أحبّ إلى الله من قيام ألف ليلة يصلي في كلّ ليلة ألف ركعة، والجلوس ساعةً عند مذاكرة العلم أحبّ إلى الله من ألف غزوة وقراءة القرآن كلّه. قال: يا رسول الله مذاكرة العلم خير من قراءة القرآن كلّه؟ فقال رسول الله (ص): يا أباذرّ الجلوس ساعة عند مذاكرة العلم أحبُّ إلى الله من قراءة القرآن كله إثنا عشر ألف مرّة! عليكم بمذاكرة العلم، فإن بالعلم تعرفون الحلال من الحرام.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi, Əhli-Beyt (ə) məktəbinin təlimlərinə əsasən “islam maarif və mədəniyyəti”-ni müsəlman bacı və qardaşlarımıza daha əlverişli formalarda çatdırmaq məqsədi ilə yeni layihənin icarısını nəzərdə tutmuşdur.
QEYDİYYAT üçün yalnız Teleqram tətbiqi vasitəsilə əlaqə saxlamanızı rica edirik. Bəylər üçün əlaqə nömrəmiz: 00 98 990 2370737, Xanımlar üçün əlaqə nömrəmiz: 00 98 990 2370738. Qeydiyyat zamanı çox məhduddur (lütfən diqqətli olun): 01 - 10 avqust 2021
Dəyərli elmsevərlərin diqqətinə!«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi 2021-ci il Mübarək Ramazan ayında İslam maarifi kursları təşkil edir. Əlavə məlumat üçün teleqramda göstərilən nömrə ilə saxlayın: 00 98 990 2370737
Dəyərli ruhani və əziz tələbələrin diqqətinə! 2021-ci il mart ayının 17-sindən etibarən sevimli ustadımız Cənab Höccətül-İslam vəl-Müslimin Ustad Dadaşinin əxlaq dərsi Virtual Məscidimizin İnstagram kanalından canlı yayımlanacaq. Hər həftənin 3-cü günü - Bakı vaxtı ilə saat 11:30. www.instagram.com/almahdi_vm
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsi xanım tələbələrə məxsus QADINLARA AİD ŞƏRİ HÖKMLƏR ÜZRƏ Virtual MÜƏLLİM HAZIRLIĞI KURSU keçirməyi planlaşdırır. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlayın: 00 98 990 2370738 (Xanımlar bölməsi)