Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzində İslam maarifini birbaşa Həzrət Mövlanın (ə) öz dilindən öyrənilməsinə şərait yaratmaq məqsədilə “Əbədi öyüd” adlı onlayn müsabiqə elan edirik. Əlavə məlumat üçün əlaqə nömrəsi: 00994702281822

Mehriban və bağışlayan Allahın adı ilə

السَّلاَمُ عَلَی مَوْلاَنَا اَمِیرِ الْمُؤْمِنِینَ عَلِیِّ بْنِ اَبِی طَالِبٍ صَاحِبِ السَّوَابِقِ وَ الْمَنَاقِبِ‌

Salam olsun Mövlamız möminlərin əmiri Əli ibni Əbitalibə, fəzilətlər və uca məqam sahibinə.

Dünyanın mənə arxa çevirdiyini, zəmanənin mənə hakim olduğunu və axirətin mənə üz tutduğunu bilməyim məni özümdən başqasını yada salmaqdan, dünyaya və onun əhlinə diqqət etməkdən saxlayıb. (31-ci məktubdan)

Nəhcül-bəlağədə 31-ci məktub kimi yer alan İmam Əlinin (ələyhissalam) oğlu İmam Həsənə (ələyhissalam) yazdığı məktub İslamın ən dərin və dəyərli təlimlərindəndir.

Mövla Əli (ə) öz məktubunda övladı İmam Həsən Müctəbaya (ə) tövhid, Allahın əzəməti, ilahi sifətləri, xilqətdən hədəf və Qiyamətdən əlavə, insanın həyatda ən mühüm mənəvi və maddi ehtiyaclarını da açıqlayıb.

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzində İslam maarifini birbaşa Həzrət Mövlanın (ə) öz dilindən öyrənilməsinə şərait yaratmaq məqsədilə “Əbədi öyüd” adlı onlayn müsabiqə elan edirik.

Müsabiqə haqqında:

  1. Müsabiqə təqdim olunan 16 səhifədən ibarət olan 31-ci məktubun mətni əsasında keçirələcək.
  2. Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyata düşməlidirlər. Teleqram və vatsapda əlaqə nömrəsi: 00994702281822
  3. Höccətül-İslam Elvin Əzimov müsabiqənin elmi rəhbəri, Güldanə xanım Cəfərova icraçı məsuludur.
  4. Müsabiqə teleqram vasitəsilə mərkəzin rəsmi kanalının üzvləri arasında onlayn keçiriləcək.
  5. Müsabiqənin 5 qalibi və 1 super qalibi olacaq.
  6. Müsabiqənin ümumi iştirakçıları elmi rəhbər tərəfindən hazırlanmış 50 test sualına 35 dəqiqə ərzində cavab verməlidirlər.
  7. Super yarışda iştirak edənlər əlavə olaraq 31-ci məktubun müəyyən və aşağıda təqdim edilmiş hissəsinin ərəbcə mətnini tərcüməsi ilə yanaşı əzbərləməlidirlər.
  8. Super yarış şifahi keçiriləcək. Original mətnin 7 müxtəlif yerindən və həmçinin tərcümənin 7 fərqli yerindən suallar veriləcək.
  9. Super qalibə Ərbəin ziyarəti üçün karvan xərcləri hədiyyə ediləcək.
  10. Digər qaliblərə təqdim olunacaq:
  • 1-ci yer = 300 AZN + Qurani Kərim
  • 2-ci yer = 200 AZN + Qurani Kərim
  • 3-cü yer = 150 AZN + Qurani Kərim
  • 4-cü yer = 100 AZN + Qurani Kərim
  • 5-ci yer = 50   AZN + Qurani Kərim + Səccadə

Müsabiqənin materialı: 31-ci MƏKTUB

Super qalibə məxsus müsabiqənin materialı: 31-ci MƏKTUB - ərəbcə.PDF + JPEG + AUDİO

Super qalibə məxsus müsabiqənin materialı: 31-ci MƏKTUB - azəri.PDF + JPEG

Super qalibə məxsus müsabiqənin materialı: 31-ci MƏKTUB - ərəbcə + azəri.PDF

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin TELEQRAM KANALI

Müsabiqənin tarixi: 15 fevral 2024 - 20:30 (Bakı vaxtı ilə)


Mübarək Rəcəb, Şəban və Ramazan aylarında qıldığınız namazları, tutduğunuz orucları, oxuduğunuz ayələri, ibadət və Allah bəndələrinə xidmətlərinizi Rəbbimiz sizdən ali dərəcədə qəbul eləsin!


Hər kəsə qələbə arzusu ilə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti

Bakı şəhəri - 18.01.2024

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri