Alim və agah Allahın adı və yadı ilə
یرْفَعِ اللَّهُ الَّذِینَ آمَنُوا مِنْکمْ وَ الَّذِینَ أُوتُوا الْعِلْمَ دَرَجاتٍ - مجادلة: ۱۱
Allah (təbarəkə və təala) Qurani Kərimdə buyurur: ... (Ey iman gətirənlər!) Allah, sizdən iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın ... (Mücadilə surəsi, ayə: 11)
Dəyərli möminlər və əziz izləyicilər, salam.
Rəbbimizin köməyi və möminlərin duası ilə «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzində İslam dini ilə tanışlıq, Quran və Əhli-Beyt (ə) maarifinin tədrisi 2024-25-ci təhsil ilinin ikinci yarısında da davam edəcəkdir. Dərslərdə iştirak etmək üçün ad, soyad, ata adı və telefon nömrəsi ilə qeydiyyatdan keçmək kifayətdir. Hər kəsin dərslərdə iştirakı sərbəst və pulsuzdur.
Qeydiyyat üçün teleqram tətbiqi vasitəsilə bu nömrələrlə yanvar ayının sonuna qədər əlaqə saxlaya bilərsiniz:
Bəylərin müraciəti üçün: 00989902370737
Xanımların müraciəti üçün: 00989902370738
"İslam maaarifi dərsləri" dedikdə İslam əqidələri, İslam hökmləri, İslam əxlaqı, İslam tarixi, Quran və hədis elmləri nəzərdə tutulur.
* 2024-25 təhsil ilinin ikinci yarısı fevral ayının 1-də başlayacaq və may ayının 20-ə qədər davam edəcək.
Həyatınızın hər bir sahəsi ilə yanaşı təhzib, təhsil və tədrisdə də sizə uğurlar arzulayırıq.
Hörmət və xidmət həvəsilə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Bakı şəhəri / 20 yanvar 2025