Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Aləmlərin rəbbi, Qurani nazil edən Allahın adı ilə

قَالَ رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ: يَا سَلْمَانُ عَلَيْكَ بِقِرَاءَةِ اَلْقُرْآنِ فَإِنَّ قِرَاءَتَهُ كَفَّارَةٌ لِلذُّنُوبِ وَ سِتْرٌ فِي اَلنَّارِ وَ أَمَانٌ مِنَ اَلْعَذَابِ وَ يُكْتَبُ لِمَنْ يَقْرَؤُهُ بِكُلِّ آيَةٍ ثَوَابُ مِائَةِ شَهِيدٍ وَ يُعْطَى بِكُلِّ سُورَةٍ ثَوَابَ نَبِيٍّ وَ يَنْزِلُ عَلَى صَاحِبِهِ اَلرَّحْمَةُ وَ يَسْتَغْفِرُ لَهُ اَلْمَلاَئِكَةُ وَ اِشْتَاقَتْ إِلَيْهِ اَلْجَنَّةُ وَ رَضِيَ عَنْهُ اَلْمَوْلَى - بحار الأنوار، جلد ۸۹، صفحه ۱۷

Allahın rəhmət elçisi Həzrət Muhəmməd (s) buyurmuşdur:
Ey Salman, tövsiyə edirəm Quran oxuyasan. Çünki onun qiraəti günahların kəffarəsi, cəhənnəm odundan qoruyacaq pərdə olar, oxuyanı əzabdan amanda saxlayar. Hər bir ayəni qiraət edən üçün yüz şəhidin savabı yazılar, oxunan hər bir surənin müqabilində oxuyana rəhmət nazil olar, mələklər onun üçün bağışlanmaq diləyərlər, cənnət onu arzulayar və Allah ondan razı olar. Biharul-ənvar, cild 89, səh.:14

Dəyərli Quran sevərlər, salam.

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi Quran maarifinin nəşri istiqamətində «DÜZGÜN QİRAƏT» adlı virtual Quran müsabiqəsi keçirməyi nəzərdə tutmuşdur. Ərəb hərflərinin məxrəcdən düzgün tələffüzü, təcvid qaydalarının icrası, rəvan və sürətli oxunuş üzrə keçiriiləcək yarışmada mərkəzə məxsus Dar-ul-Quran kanalının üzvləri iştirak edə bilərlər.

Müsabiqənin qaydaları:

1. Yarışma üçün ayələr 30-cu cüzün birinci 5 surəsindən seçiləcək. (Nəbə, Naziat, Əbəsə, Təkvir və İnfitar)

2. Yarışmaya start verildikdə adını yazdırmış iştirakçı müsabiqənin icraçı rəhbərinin təyin etdiyi yerdən qiraət etməli, səsini diktafon vasistəsilə qeydə alıb 10 dəqiqə ərzində göndərməlidir. Lütfən diktafon yarışdan qabaq səsin qeydi üçün hazır olsun.

- Digərlərinə nisbətən ən qısa zamanda səsin göndərilməsi, hərflərin məxrəcinin və təcvid qaydalarının riayət səviyyəsini, səlis oxunuş və düzgün tələffüzünü nəzərə alaraq yerlər müəyyənləşəcək.

- Qiraətdə eyni bal toplamış iştirakçılar arasında, ilk səs göndərən qalib seçiləcək. Təsadüfən zaman etibarilə də üst-üstə düşsələr ikinci tur yarış keçiriləcək. Qalibləri təyin etmək üçün Qurani Kərimin hər bir yerindən qiraət üçün ayələr təyin oluna bilər.

- Qaliblərin təyin etmə prosesi iştirakçıların sayından asılı olaraq 2 ya 3 gün çəkə bilər.

- Qaliblər mərkəzin saytı və həmçinin Dar-ul-Quran kanalı vasitəsilə elan ediləcək.

- Quran təlimçisi hazırlığı kursuna qeydiyyatdan keçmiş və kursa hazırlıq mərhələsində iştirak etmiş lakin lazım olan balı toplaya bilmədikləri üçün kursa qəbul olmayan şəxslər avtomatik «DÜZGÜN QİRAƏT» yarışında iştirak etmək vəsiqəsi qazanmışlar. Sadəcə kanala üzv olmaqları xahiş olunur.

3. Müsabiqədə 1-ci yeri tutan iştirakçı 150 AZN məbləğində nağd pulla mukafatlanacaq. 2-ci yeri tutana 115 AZN, 3-cü yeri tutan şəxsə isə 85 AZN xeyriyyəçilər tərəfindən təqdim ediləcək.

4. Müsabiqənin icraçı rəhbəri Höccətül-İslam Ağa Rəsul Mahmudzadədir.

5. Müsabiqənin elmi rəhbəri və qiraətlərin qiymətləndirilməsi üzrə məsul ustad Höccətül-İslam Seyid Cavad Rəhmanidir.

6. Müsabiqə 25 yanvar 2025, saat 20:00 onlayn olaraq Dar-ul-Quran kanalında keçiriləcək. Yarışa qatılmaq istəyənlər kanala üzv olmalı və ad, soyad və ata adlarını + "Quran müsabiqəsi" qeydini icraçı rəhbərə göndərməlidirlər.

Hörmətli izləyicilər, hər birinizi 13 Rəcəb - Mövla Əli ibni Əbi Talibin (ə) mövludu - ATALAR GÜNÜ münasibətilə səmimi qəlbdən təbrik edirik.

Qurani Kərim sayəsində hazırda olduğumuz Rəcəb ayının günlərində, qarşıdan gələn Şəban və Mübarək Ramazan aylarının hər günündə siz əzizlərə mənəviyyatla dolu nurlu anlar və bərəkətli saatlar arzu edirik.

Qeydiyyat üçün teleqramda əlaqə nömrəmiz: 00989902370737


Hörmətlə:

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti

7 yanvar 2025 - Bakı şəhəri

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri