Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Elm və hikmət sahibi Allahın adı ilə.

قال علی علیه السلام: تَعَلَّموا العِلْمَ فَإنَّ تَعَلُّمَهُ حَسَنةٌ، و مُدَارسَتَه تَسْبِیحٌ و البَحْثَ عنه جِهادٌ، وتَعْلِیمَهُ لِمَن لا یَعْلَمُه صَدَقةٌ
بحارالانوار، ج ۱، ص ۱۶۶

İmam Əli ələyhissəlam buyurub: Elm öyrənin ki, elmin öyrənilməsi həsənə (yaxşı əməl), müzakirəsi təsbih, mübahisəsi cihad, bilməyən bir kəsə təlimi isə sədəqədir. Bihar əl-ənvar, c. 1, səh.: 166

Dəyərli müəllimlər və hörmətli tələbələr 2021-2022-ci yeni təhsil ilinin astanasında hər birinizi salamlayır və sizə uğurlar arzu edirik.

Həyatımızı daha mənalı edən, bizi həqiqi səadətə çatdıra biləcək - işıq mənbəyi «elm»dir. Bildiyiniz kimi «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzində sentyabr ayının 20-dən etibarən «elm» öyrənib-öyrətmək mövsümü başlayır. Allahın kiçik bəndələrinə lütfü sayəsində 50-dən artıq dərslə yeni təhsil ilimizə start veririk. Allah rizası və xalqımızın maariflənməsi üçün canından, zamanından, rifahından və bəzən malından keçən, hər hansı dünyəvi marağı olmadan ixlas, eşq və səmimiyyətlə tədris edən müəllimlər, həmçinin dərslərin nəzmini təmin və tələbələrin təhsillə əlaqədar problemlərini yüksək diqqət və qayğı ilə həll edən inzibatçılara minnətdarlığımızı bildiririk. Allah hər birinizin ehsanını ən ali dərəcədə sizdən qəbul etsin.  

Allahın dini və müqəddəs kəlamını öyrənmək məqsədilə İslam Maarifi kurslarına qoşulmaq üçün ad yazdıran bacı və qardaşlarımızı təbrik edir və dərsə ciddi yanaşmaqla müəllimlərinin zəhmətlərini və hörmətlərini qorumağı rica edirik. Bu ilin birinci yarısında keçiriləcək dərslərin elanını aşağıda təqdim edirik, tələbələr yaxın 3 gün ərzində seçimlərini yekunlaşdırmalı və dərslərdə iştirak üçün lazım olan hazırlıqları görməlidirlər.

  • Birinci yarım təhsil ili: 20 sentyabr 2021 - 31 dekabr 2021
  • İkinci yarım təhsil ili: 1 fevral 2022 - 30 aprel 2022

Təhsillə bağlı bütün suallarınızı teleqram vasitəsilə göstərilən nömrəyə ( 00989902370737) yaza bilərsiniz. Ümumiyyətlə proqramlar, mövzular, dərslər və müəllimlər barədə nəzər və təkliflərinizi, eləcə də digər mövzularda fikirlərinizi bizimlə bölüşmənizi rica edirik.


Əziz tələbələr, dərslərimiz internet üzərindən keçiriləcək, dərslərə qoşulmaq üçün GotoMeeting tətbiqini telefon və ya planşetinizə yükləyin. Sonra əlaqədar qruplarda dərslərin linki paylaşılacaq, iştirak etmək istəyənlər isə sadəcə linkin üzərində klik etməklə dərsə qoşula biləcəklər.


Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
19.09.2021


2021-2022-ci il BİRİNCİ YARIM TƏHSİL İLİNİN DƏRSLƏRİ



loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri