Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Allahın adı ilə.

قال الامام جعفر بن محمد الصادق علیه السلام:يَنْبَغِي لِلْمُؤْمِنِ أَنْ لَا يَمُوتَ حَتَّى يَتَعَلَّمَ الْقُرْآنَ أَوْ يَكُونَ فِي تَعَلُّمِهِ - بحار الانوار - ۱۸۹/۸۹

İmam Sadiq ələyhissəlam: Mömin şəxsə yaraşandır ki, Quranı öyrənməmiş ölməsin, ya da ölüm haqlayan zaman onu öyrənməklə ömrünü sürsün. (Bihar əl-Ənvar)

Əziz müsəlmanlar, sizi bəşəriyyətin nicatı - Haqqın nişanəsi Həzrət Məhdinin (əc) mövludu münasibətilə təbrik edirik. Eləcə də qarşıdan gələn Ramazan ayının Azərbaycan xalqı - İslam ümmətinə daha bərəkətli olmasını Allahdan diləyirik.

İslam Maarif Mərkəzi öz ənənəsinə sadiq qalaraq 2021-ci il Mübarək Ramazan ayı üçün də xüsusi elmi - təlimi proqram hazırlamışdır. Ramazan kurslarının ən başlıca özəlliyi dərslərin Qurani Kərimlə bağlılığıdır. Ramazan, rəhmət ayı olduğu üçün bu ayda mərkəzin elmi - mənəvi qapıları bütün insanların üzünə açıqdır. Dini - məzhəbindən asılı olmayaraq Əhli-Beyt (ə) baxışı ilə İslam təlimləri ilə tanış olmaq istəyən hər kəs ən sadə üsulla kurslara ad yazdırıb orucluq ayı boyu dərslərdə iştirak edə bilər.

Rəbbimizin mərhəməti və Mövlamız İmam Məhdi (əc) həzrətlərinin sayəsində 2021-ci il Mübarək Ramazan ayında keçiriləcək dərslər haqda məlumatları aşağıda təqdim edirik. Lütfən diqqətlə nəzərdən keçirin, faydalı sanıb seçdiyiniz dərslərin kodunu teleqram tətbiqi vasitəsilə Təhsil bölməsinə göndərin. +989902370737

Proqramlar, mövzular, dərslər və müəllimlər barədə nəzər və təklifləriniz, eləcə də digər mövzularda fikirləriniz bizim üçün çox dəyərlidir. Ürək sözlərinizi göstərilən nömrəyə yaza bilərsiniz.

Elmi və mənəvi uğurlarınız naminə xadimlərinizi dualarınızda unutmayın. Hərəkət bəndədən, müvəffəqiyyət isə Allahdandır. Allah oruc-namazlarınızı qəbul etsin.

Qeyd: Xanım müəllimlərin dərsləri yalnız xanım tələbələrə məxsusdur. Kişi müəllimlərin dərsini isə həm xanımlar, həm də bəylər seçə bilərlər. Hər hansı mövzu ilə əlaqədar müdiriyyətlə əlaqə saxlamaq istəyən bacı və qardaşlarımız hər gün Bakı vaxtı ilə saat 9-dan 10-a qədər teleqram vasitəsilə müraciət edə bilərlər. Müdiriyyətin nümayəndəsi - Kəhnaz xanım Mahmudova - online təklifləri qəbul edib, sizi maraqlandıran sualları cavablandırmağa çalışacaqdır.

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
29.03.2021 - Müqəddəs Qum şəhəri


MÜBARƏK RAMAZAN AYINA MƏXSUS DƏRSLƏR - 2021

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri