Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Əzəmət və izzət sahibi mehriban Allahın adı ilə.

إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللَّـهِ مَنْ آمَنَ بِاللَّـهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلَّا اللَّـهَ ۖ فَعَسَىٰ أُولَـٰئِكَ أَن يَكُونُوا مِنَ الْمُهْتَدِينَ - التوبة ۱۸

Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar. Tövbə surəsi, ayə 18

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin dəyərli müəllimlərini, tələbələrini, inzibatçılarını, xadimlərini, mərifət və elm ocağına məhəbbət bəsləyən hər kəsi ürəkdən salamlayır, vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, övladlarımızın xoş gələcəyi - millətin izzəti üçün canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik, yaralı döyüşçülərimizə Allahdan şəfa diləyir və əsgərlərimizə bol-bol uğurlar arzulayırıq. Son qələbə - bütün kəndlər və şəhərlərimizdə şanlı ordumuzun nəzarəti tam bərpa olunan günün arzusu ilə sərhədlərimizi və mənliyimizi qoruyan əziz əsgərlərimizə can sağlığı və müvəffəqiyyətlər diləyirik!

Adından bəlli olduğu kimi «Əl-Məhdi (əc)», din maarifi mərkəzidir. Quran və Əhli-Beyt (ə) məktəbinin təlimlərini özünü bu maarifə ehtiyaclı sayan Azərbaycan və Rus dilli qardaş və bacılara çatdırmaq mərkəzin missiyasıdır. Bu mərkəz cinsindən və yaşından, hətta əqidəsindən asılı olmayaraq İslam maarifini öyrənmək istəyən hər bir şəxsə kömək etmək niyyətindədir. Maarifin müxtəlif sahələri olduğu kimi bizə üz tutan insanlarımıza da onu çatdırmaqda fərqli metodlardan istifadə edirik. Allaha şükür edirik, Qum elm hövzəsinin tələbələri olaraq dini vəzifəmizi - yəni - Müqəddəs İslam dininin təbliğini yerinə yetirmək üçün bizə tovfiqat vermişdir. Etiraf edirik ki, xidmətimiz nöqsansız deyil və təlim-tərbiyə sahəsində görməli olduğumuz işlər həddən çoxdur. Onlardan da biri məscidlərin bağlı olduğu bir dönəmdə bu boşluğu doldurmaq məqsədilə VİRTUAL MƏSCİD təsis etmək idi. «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti internet mühitində bir məscidə aid dini ayinlərin mümkün qədər icrası üçün VİRTUAL «ƏL-MƏHDİ (əc)» MƏSCİDİnin yaradılmasını qərara almışdır.

2020-ci il dekabr ayının 20-si Bibi Xanım Zeynəb ələyha səlamın mövludu münasibətilə keçirələcək virtual mərasimdə məscidin açılışı müdiriyyət tərəfindən elan olunacaq və müxtəsər fəaliyyətimiz haqda izləyicilərə məlumat veriləcəkdir.


VİRTUAL «ƏL-MƏHDİ (əc)» MƏSCİDİNİN PROQRAMLARI

Dekabr 2020 - Yanvar 2021

 Bazar ertəsi: 12:00 Hədis (Əxlaq mövzusunda)
Çərşənbə axşamı:

18:00

18:30

Təvəssül duası

Mənbər: Səhifeyi-Səccadiyyənin şərhi

Çərşənbə: 18:00 Təfsir (Əxlaq mövzusunda)
Cümə axşamı:

20:00

20:30

Kumeyl duası

Mənbər: Nəhcül-Bəlağə, Nəhcül-Fəsahə

Cümə: 12:00 Quran təlavəti
Şənbə: 18:00 Şəri məsələlər
Bazar: 18:00 İslam Tarixi

* Məsumların mövlud və şəhadətləri münasibətilə məscidin müdiriyyəti tərəfindən minimum 3 gün öncə məclisin proqramlarının elan edilməsi nəzərdə tutulmuşdur. Məscidin proqramları məscidə məxsus teleqram və instagram kanalında yayımlancaqdır. Məscidin proqramlarının instagram vasitəsilə canlı yayımı planlaşdırılır.

   https://t.me/virtual_mosque

https://www.instagram.com/almahdi_vm

Qeyd: Höccətül-İslam Kərbəlayi Şeyx Nahid Əzimov VİRTUAL «ƏL-MƏHDİ (əc)» MƏSCİDİnin müdiri və Tovuz xanım Səfərova köməkçisi təyin edilir. Proqramların icrası üçün müxtəlif ustad və məddahları dəvət, həmçinin zaman və günlərin təyin və tənzimlənməsi məscidin müdiriyyətinin məsuliyyətinə daxildir.


Allahdan bütün Haqqa və İslama xidmət edənlərə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti

Müqəddəs Qum şəhəri - 12.12.2020

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri