Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Allahın adı ilə.

قال الامام علی بن ابیطالب علیهما السلام: رَحِمَ اللّهُ اِمْرَاً عَلِمَ مِن أینَ وَفی أینَ وَ إلی أینَ

İmam Əli ibni Əbitalib (ə) buyurmuşdur: Allah rəhmət eləsin haradan gəlib, haradadır və hara gedəcəyini bilən şəxsə.

Əsrimizin insanı, texnologiya sahəsində xeyli inkişafa baxmayaraq, insan həyatının gedişatını təyin edən, onun dünyagörüşünü formalaşdıran köklü suallara cavab tapa bilmir. Bu arada bir qrup insanlar bu kimi məsələlərə ümumiyyətlə diqqət yetirmir, başlarını aşağı salaraq öz bioloji ehtiyaclarını təmin etməklə məşğul olur; digər bir qrup adamlar isə, məsələni həll edə bilmədiklərinə görə puçluğa (nehilizm) tərəf yönəlirlər.

Mən kiməm? Haradan gəlmişəm? Məni hara aparırlar? Bu arada nə etməliyəm? ... və oxşar sualların cavabını riyaziyyatda, kimyada, fizikada və digər təbiət elmlərində deyil, fəlsəfədə axtarmaq lazımdır. Fəlsəfə elmi yuxarıdakı köklü sualları cavablandıraraq (nəzəri hikmət), insana həyatda düzgün yaşam platforması verir (əməli hikmət).

Fəlsəfə elminin önəmini nəzərə alaraq «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsində online və ofline şəkildə fəlsəfə dərslərinin keçirilməsi qərara alınıb. İslam və yaranışın həqiqətləri ilə tanış olmaq istəyən elmsevər bacılar və qardaşlar qeydiyyat üçün göstərilən nömrə ilə əlaqə saxlasınlar.

Qeydiyyat üçün əlaqə nömrəsi: 00989902370737

Qeyd:

  1. «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzində təhsil ili 20 okryabr 2020 tarixində başlayacaq
  2. Birinci yarım təhsil ili 2021-ci il fevral ayının ilk günü bitəcəkdir.
  3. Ustad Höccətül-İslam Hacı Adil Əhmədovun fəlsəfə dərsi ikinci yarım təhsil ilində də yeni proqram əsasında davam edəcəkdir.

Hörmət və ədəblə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri - 20 sentyabr 2020

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri