Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Allahın adı ilə.

قال على بن الحسین علیه السلام: تزهر أرض کربلا یوم القیامة کالکوکب الدرى وتنادى انا ارض الله المقدسة الطیبة المبارکة التى تضمنت سید الشهداء و سید شباب اهل الجنة. (کامل الزیارات)

İmam Zeynulabidin (ə): Kərbəla torpağı Qiyamət günü ulduz kimi parlayar və səslənər: "Mən, Allahın müqəddəs, pak və bərəkətli torpağıyam ki, Seyyidüş-şühəda və Cənnət cavanlarının ağasını bağrıma almışam". (Kamiluz-ziyarat)

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin dəyərli müəllimləri, hər birinizi səmimi qəlbdən salamlayır və keçən təhsil ili çəkdiniyiniz bütün zəhmətlər və əvəzsiz xidmətlərə görə tək-təkinizə təşəkkür edirik.
Müasir dünya, müasir düşüncə, müasir tələblər bizi maarifləndirmə sahəsində yeni istiqamətlərdə hərəkət etməyə məcbur edir. Mərkəz, öz pontensialı, tədris və tərbiyə sahəsində imkanlarını nəzərə alaraq insanların dini maariflənməsi üzrə müxtəlif elmi-mədəni layihələrin icrasına çalışır. Diqqətinizə çatdırırıq ki, xadimləriniz 2020-ci il Məhərrəm və Səfər ayları üçün İmam Hüseyn (ə) qiyamının təhlili və təfərrüatı barədə ixtisaslaşmış virtual Aşuraşünaslıq kursunun icrasını planlarşdırırlar. Aşuraşünaslıq kursu ilk dəfə mərkəzdə icra olunacaq. Bu kursu icra etmək üçün mərkəz, müəllimlərin tədris üçün hazırlaşmasına mümkün qədər şərait yaratmağa çalışacaqdır. Beynəlxalq Əl-Mustafa Universiteti və ya digər təhsil mərkəzlərinin hər biri ilə razılıq əldə olarsa müəllimlər üçün bir həftəlik Aşuraşünaslıq mövzusunda imkan daxilində əyani, olmazsa virtual kurs keçiriləcəkdir.
Plana əsasən mərkəz tərəfindən mövzular təyin edilir. Müəllimlər, mövzular və verilən zamanı nəzərə alır, seçim edir və Məhərrəm ayına qədər tədris üçün hazırlaşırlar.
Avqust ayının 1-dən 15-nə qədər kursda tələbə qismində iştirak etmək istəyənlər təhsil bölməsinə müraciət etməlidirlər. (00989902370737)

Qeyd:

  • Əziz ustadımız Seyid Bəsirət Seyidovun təklifilə ərsəyə gələn layihənin icraçı rəhbəri, Seyid Bəsirət özü təyin olunur.
  • Müəllimlərdən əlavə məlumat və qeydiyyat üçün Seyid Bəsirət ağaya müraciət etmələri rica olunur.  00 98 910 964 8475

    Mövzular: Bir müəllim hazırlaşmaq və kursda tədris etmək üçün 3 mövzudan artıq seçim edə bilməz. (Hər 1.5 saat, bir dərs hesablanır) 20 mövzu / 51 dərs / 76.5 saat
  1. Aşura - İslamdan qabaqkı dinlərdə və xalqlarda, eləcə də müsəlmanlar üçün Kərbəlaya qədər - 3 saat
  2. Aşura və Kərbəla hadisəsinin ilkin elmi və tarixi mənbələri - 3 saat
  3. Aşura - klassik və müasir ədəbiyyatımızda. (Nümunələr və təhlillər) - 4.5 saat
  4. Aşura - kitab və mənbələrdə. (Kərbəla, Aşura və İmam Hüseyn (ə) həyatına aid azərbaycanca yazılmış və ya tərcümə edilmiş əsərlər) - 3 saat
  5. İmam Hüseyn (ə) həzrətlərinin hərəkatı ilə bağlı məktubları və xütbələrinin tərcümə və təhlili - 7.5 saat
  6. İmam Hüseyn (ə) həzrətlərinin Mədinədən Kərbəlaya qədər səfər gündəliyi - 15 saat
  7. İmam Hüseyn (ə) həzrətlərinin inqilabı dahilərin dilində - 3 saat
  8. İmam Hüseyn (ə) həzrətlərinin qiyamı məsumların dilində - 3 saat
  9. İslam və müsəlmanlar - Aşuradan sonra (Tarixin təhlili) - 3 saat
  10. Aşuradan ilham almış qiyamlar - 3 saat
  11. Aşura - müasir günümüzdə. Xurafatlar və həqiqətlər. 4.5 saat
  12. Aşura günü Bəni Haşimdən olan şəhidlər - 3 saat
  13. Kərbəla şəhidləri və İmam Hüseyn (ə) həzrətlərinin səhabəsi - 3 saat
  14. İmam Hüseyn (ə) qiyamının hədəfləri və nəticələri - 3 saat
  15. Aşuranın baş vermə səbəbləri. Tarixin təhlili - 3 saat
  16. Yezidin idarəetmə sistemi - 3 saat
  17. Aşuradan Ərbəinə qədər. Tarixin təhlili -  3 saat
  18. Xanım Zeynəb (əs), Aşura və Aşuradan sonra - 3 saat
  19. Aşura gününün əməlləri və əhəmiyyəti - 1.5 saat
  20. Kərbəlanın fəziləti və məqamı - 1.5 saat

* Elanla tanış olan maarifsevərlər, qeydiyyata düşmək istəsələr ad, soyad və atalarının adı və doğum ilini + Aşura (Nümunə: Həsən Kərəmzadə Əhməd oğlu, 2002 - Aşura) teleqramla mərkəzin təhsil bölməsinə göndərsinlər.

Tələbələrin qeydiyyatı üçün əlaqə nömrəsi: 00989902370737


Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri - 07.06.2020

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri