Allahın adı ilə

5315 9921 4397 2724

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Allahın adı ilə.

عَنْ اَبى عَبدِاللّه ِ عليه السلام قالَ: مَنْ تَعَلَّمَ مِنْهُ حَرْفاً ظاهِراً، كَتَبَ اللّه ُ لَهُ عَشْرَ حَسَناتٍ، وَ مَحا عَنْهُ عَشْرَ سَيِّئاتٍ، وَ رَفَعَ لَهُ عَشْرَ دَرَجاتٍ، قالَ لا اَقُولُ بِكُلِّ آيَةٍ، وَ لكِنْ بِكُلِّ حَرْفِ باءٍ، اَوْتاءٍ اَوْشِبْهِهِما. جامع الاخبار - ج: ۱، ص: ۲۱۳

İmam Sadiq ələyhissəlam buyurmuşdur:
Ondan (Qurani Kərimdən) şəxs əgər bir hərif öyrənsə, Allah onun əməl dəftərində 10 yaxşı əməl yazar, 10 günahını dəftərdən silər və onu 10 dərəcə ucaldar.
İmam ələyhissəlam əlavə etdi:
Demirəm öyrəndiyi hər ayənin müqabilində, bəlkə «ba» ya «ta» yaxud oxşar digər hər hərfin müqabilində. (Camiul-əxbar, cild: 1, səh.: 213)

Əziz müsəlmanlar və dəyərli Azərbaycanlılar, «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsinin müəllimləri, köməkçiləri və xadimləri adından sizi salamlayır, qarşıdan gələn Mübarək Ramazan ayı - İlahi ziyafət mövsümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Diqqətinizə çatdırırıq ki, mərkəz keçən illərdə olduğu kimi bu il də Ramazan ayı üçün xüsusi dərs proqramı hazırlamışdır. 2020-ci il aprel ayının 25-dən başlayacaq Ramazan ayının ilk günündən Qurani Kərimlə bağlı müxtəlif mövzularda dərslərin keçirilməsi planlaşdırılıb.

Mövzular:

  1. Qurani Kərimin əlifbası
  2. Qurani Kərimin rəvan oxunuşu
  3. Qurani Kərimin kəlmələri və tərcüməsilə tanışlıq
  4. Təcvid (Düzgün oxunuş qaydaları)
  5. Təfsir (Seçilmiş ayələr)
  6. Hifz (Seçilmiş ayələr və hədislər)
  7. Mübarək Ramazan ayına aid şəri məsələlər
  8. Mübarək Ramazan ayına aid əxlaq qaydaları
  9. Mübarək Ramazan ayına aid etiqad məsələləri
  10. Qurani Kərim əsasında açıq leksiyalar

Virtual (online) keçiriləcək dərslərdə Azərbaycan dilli hər bir şəxs cinsiyyət və yaşından asılı olmayaraq iştirak edə bilər. Sadəcə hər kəsin dərs sinfini müəyyən etmək üçün ad, soyad, atanın adı və aktiv Telegram nömrəsini, Telegram vasitəsilə "Dar-ul-Quran" bölməsinin müdiri Höccətül-İslam Fuad müəllim Süleymanova göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 00989902370736 Telegram İD: @QuranEvi

Qeyd: Mərkəzin tədris proqramında aprel ayının 25-dən may ayının 23-nə qədər Ramazan ayı hesab edilir. Təqvimlərə əsasən 2020-ci il aprel ayının 25-də Mübarək Ramazan ayının başlanması gözlənilir. Aprelin 23-də Ayı görmək müyəssər olarsa aprelin 24-ü Mübarək ayın ilk günü olacaqdır. Bildiyimiz kimi qəməri aylar Ayın görünməsilə başlayır və bitir. Ona görə aprelin 23 və 24-ü Ayı görməyə çalışacağıq, eləcə də Fitr bayramını müəyyənləşdirmək üçün may ayının 22 və 23 Ay axtarışında olacağıq. Ayı görmək mümkün olmazsa mayın 24-ü Fitr bayramını qeyd edəcəyik. «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi Ramazan ayının başlanma və bitməsini təyin və bu cəhətdən məsuliyyət qəbul etmir.

Allah tutduğunuz bütün orucları, qıldığınız bütün namazları qəbul və oxuduğunuz hər bir ayəyə görə sizi Qurani Kərimlə məhşur eləsin!

RAMAZAN AYININ DƏRSLƏRİ - 2020

Hörmətlə:

Dar-ul-Quran («Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi) müdiriyyəti
Müqəddəs Qum şəhəri - 18 aprel 2020

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri