Allahın adı ilə

5315 9921 4397 2724

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Allahın adı ilə.

ELMİ-PRAKTİK VİRTUAL (ONLİNE) KONFRANS - Xanımlara məxsus

قَالَ مُوسَىٰ لِقَوْمِهِ اسْتَعِينُوا بِاللَّـهِ وَاصْبِرُوا ۖ إِنَّ الْأَرْضَ لِلَّـهِ يُورِثُهَا مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, bəndələrindən istədiyini onun varisləri təyin edir. Son qələbə təqva sahiblərinə məxsusdur”. (Əraf -128)

"Faydası yoxdur" ruhiyyəsi gələcək ümidsizlikdən xəbər verir və bu, bütün fəaliyyətlərin öldürücü zəhəridir. (Hz. Ayətullah Xamenei)

Koronavirus adlı dünyanı bürümüş pandemiya ölkələrdən yan keçmədiyi kimi, heç ailələrdən belə yan keçmir. Hər bir şəxsin həyatına birbaşa və dolayısı ilə mənfi təsir edən 2020-ci ilin bəlası yaratdığı fiziki problemlərdən çox insanlarda psixi gərginlik və stresslərin vücuda gəlməsinə səbəb olur.

Qaçılmazdır ki, bu gün virusun yaratdığı vəziyyətlə bağlı tibbi göstərişlərdən əlavə insanların psixoloji dəstəyə də böyük ehtiyacları var. Sosial və iqtisadi qeyri-müəyyənlik, iqtisadi və ictimai fəaliyyətin dondurulması, virusa yoluxma təhlükəsi, getdikcə maddi sıxıntıların artması, əzizlərini qoruya bilməmək həyəcanı kimi problemlərin hər biri tam sağlam bir insanı depressiyaya sala biləcək qədər güclü amildir. Bütün bu problemləri özündə cəmləşdirən Koronavirus, ona yoluxan insanlardan çox - qorxu, ümidsizlik acizlik, gücsüzlük hissinə yoluxmuş cəmiyyət üçün öldürücüdür.


Yaşamaq istəyirsənsə, ümidvar olmalısan, yoxsa öləcəksən, cismən də olmasa ruhən ...
Gələcəyə ümidvar olmaq üçün nə etməli?
Sən məni ümidvar edə bilərsənmi?
Bu çətin pandemiya və karantin şəraitində, ümidimizi necə qorumalıyıq? ...
Bu və digər oxşar sualların cavabı xanım müəllimə İlahiyyatçı Aygün Dadaşlının təqdimatında

16 aprel 2020 - Cümə axşamı - 21:00 (Bakı vaxtı ilə)

Qeyd: Konfrans yalnız xanımlara məxsusdur və kişilərin iştirakına icazə verilmir. İştirak etmək istəyən xanımlar əlavə məlumatlar üçün aşağıdakı nömrəyə Teleqram və ya WhatsApp vasitəsilə müraciət edə bilərlər. Diqqətinizə çatdırırıq ki, konfransın yayım linki başlamazdan bir saat öncə "Sağlam Həyat" kanalında paylaşılacaq.

00989902370737

* Əziz iştirakçılar, konfransın mövzusu və icrasından razı qaldığınız təqdirdə sizin istəyinizlə davamı mümkündür. Lütfən bizə yazın və fikirlərinizi bizimlə bölüşün. Konfransın səs yazısını çalışacağıq yuxarıda göstərilən kanallarda paylaşaq. ÜZV OLMAĞI UNUTMAYIN!

Söhbətlərə qulaq asın, suallarınızı ünvanlayın və sağlam qalın!

Cəhdimiz, sizi qorumaq və cəmiyyətimizi böhrandan keçirməkdir - hörmətlə:

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri - 12 aprel 2020

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri