Allahın adı ilə
Allahın salam və salavatı olsun Həzrət Muhəmmədə və Onun pak övladları məsum İmamlara.
Dəyərli tələbələr - salam. Allahın lütfü və İmam Zaman (əc) ağanın inayətilə «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin 2018-19 tədris ilinin birinci yarımilinin dərsləri artıq başlamaq üzrədir. Bu münasibətlə müəllim heyəti və tələbələri təbrik edirik. Uca Yaradandan ustad və şagirdlərə müvəffəqiyyətlər diləyirik.
Ümid edirik, ilboyu dərslərdə nizam və intizamla iştirak edəcək və sizə çox qiymətli vaxtlarını ayırmış müəllimlərə dəyər vermiş olacaqsınız. Allahdan həm öyrənənlər və həm öyrədənlər üçün dünya və axirət səadəti arzulayırıq.
Diqqətinizə çatdırırıq ki, hər dərs üçün kod nəzərdə tutulmuşdur. Lütfən seçdiyiniz dərslərin kodunu teleqram vasitəsilə göstərilən nömrəyə göndərin:
Hörmətlə: Mərkəzin müdiriyyəti
25.08.2018 - Müqəddəs Qum şəhəri