Allahın adı ilə

5315 9921 4397 2724

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Allahın adı ilə.

ARİFLƏRİN HÜZURUNDA

Dünyada mənalı yaşamaq arzusu Adəm övladına xas olan bir keyfiyyətdir. Lakin əksər hallarda bu istəyə nail olmaq insan üçün bir o qədər də asan olmur. “Məna” məfhumunun mənasını bilməyənlər bəzən məna adı ilə tam mənasızlığın dərinliklərində qərq olurlar. Bəzən də həqiqi “məna”nın layiqli yerini yanlış təsəvvürlər tutur. Həyatı maddi dünyadan yüksək sananlar öz daxili aləmlərini yalnız “məna” ilə bəzəyə biləcəklərinə inanırlar. Ona görə də “məna” axtarışında üfüqlərdə seyr edir və məğribi məşriqə qatırlar.

Ariflərin hüzurunda

Bir şeyin ağılla dərk edilən daxili-məntiqi məzmununa “məna” deyilir. Deməli, hər bir şey və hər bir işin mənası bilavasitə onun qurucusu və yaradıcısının iradəsindən asılıdır. İnsan da özünü dərk edib varlığının mənasını bilməsi üçün öz xaliqinə üz tutmalıdır, çünki onun vücudu ali varlığın felinin nəticəsidir. Xaliqini hikmət və mərhəmət sahibi kimi tanıyan bəşər “Ey Rəbbimiz, Sən bunu (bu əzəmətli aləmi, məxluqatı) əbəs yerə yaratmamısan...”  deyə həyatın mənasına etiraf edər. Ulu Tanrının məqsədini dərk etməyə qadir olmayan insana Allah “Sizləri yalnız ibadət üçün yaratdım.”  deyə xilqətin sirrini açar.

“Əgər həyatın mənası Allaha bəndəlikdədirsə, görəsən, bəndəlik necə olmalıdır?” sualına cavab tapmaq üçün həqiqi “Allah bəndələri”ni tanımaq və onların həyat təcrübələrindən bəhrələnmək “məna” axtarışında olanlar üçün əlverişli metod sayıla bilər. Bu məqsədlə “Ariflərin hüzurunda” kitabı ərsəyə gəlmişdir.
Saflıq, paklıq, ixlas və imanla əbədiyyətə qovuşmuş saleh bəndələrin ömür yolu, düşüncə və kəlamları yüzlərlə, minlərlə insanın həyatını mənalandıra biləcək qədər mənəviyyatla zəngindir və bu kitabda onlardan müxtəlif mövzularda iki yüzə yaxın hekayə yer almışdır.

Mənanın şirinlik və səfasını maraqlı və yadda qalan formada oxuculara dadızdırmaq məqsədilə bu kitabda hekayə üslubundan istifadə olunmuşdur. Bəllidir ki, nəsrin “hekayə” növündə zaman, məkan, mövzu və simalar çox məhdud sayda olur. Romandan fərqli olaraq hekayədə təfsilata yol verilmir. Hekayədə önəmli olan məsələ hər hansı bir hadisədən alınacaq mesajdır. “Ariflərin hüzurunda” kitabında da yer verilənlər mühüm hekayələrdən əldə edilə biləcək hikmətlərdir və ümid edirik ki, dünyanın dərki və səadətə doğru addımlamaqda oxucular üçün faydalı olacaqdır.

Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) sübh namazı vaxtı mömin cavanla 3-4 cümlədən ibarət söhbəti oxucuya “Allaha iman və qiyamətə yəqin”in mahiyyətini çatdırmaq məqsədi ilə qeyd olunmuşdur.
Diqqət və düşüncə ilə qələmə alınmış bir çox maraqlı əhvalatların dərinliyinə varsaq, ilk nəzərə çarpan anlamdan əlavə, bir neçə incə məqamları kəşf edib onların dərkindən mənəvi həzz alarıq.
Nasirəddin şah Nəcəfi-Əşrəf şəhərində olarkən zəmanənin müctehidi böyük alim Şeyx Ənsari ilə görüşmək üçün onun hüzuruna yollanır.
Şeyxin evini çox sadə görən şah içəridə evin döşəməsininin yarı hissəsinin köhnə palazla örtüldüyünü, qalan hissəsinin isə palazsız olduğunu müşahidə edir. Şeyxin əzəmətinə heyran qalmış Nasirəddin şah deyir: “Cənab Şeyx, sənin çox böyük himmət və əzmkarlığın var.”
Şeyx Ənsari soruşur: “Himmət və əzmkarlığımı nədə görürsən?”
Nasirəddin şah: “Dünyadan keçməyində. Bu qədər var-dövlət, beytül-mal əlindən gəlib keçir, amma bir qəpiyinə də əl vurmursan.”
Şeyx: “Əgər elədirsə, sən məndən də himmətli və əzmkarsan.”
Şah təəccüblə soruşur: “Şeyx, mənim himmət və əzmkarlığım nədədir? ”
Şeyx isə “Sən də axirətindən keçmisən.” deyə Nasirəddin şaha dünyalar qədər ibrətamiz və dərin mənalı bir cavab verir.
“Bu hekayələri onlara danış ki, bəlkə, düşünələr.”  – göstərişinə əsasən yuxarıdakı əhvalat və onlarla belə tarixi hadisələr bu kitabda yer almışdır. Alim əgər pak nəfsə sahib olarsa, Allah ona elə izzət bəxş edər ki, Nasirəddin kimi böyük bir ölkə padşahı onun ayağına evinə gələr.

Hörmət və izzət insanın malı və sərvəti ilə deyil, onun ağıl və zəkası, təqva və elmi ilə ölçülməlidir. Dünyaya yaxın ikən dünyadan çəkinmək, əsil təqva və Allah xofunun göstəricisidir. Belə bir halda insan yüksək mənəvi qüdrət əldə edir. Xaliqin istəyinə əhəmiyyət verməyib öz cılız istəklərinin ardınca olan zəif məxluq həqiqətən, çox böyük cürətə malikdir. Lakin bu cürət onun əbədiyyətini cəhənnəm alovları ilə calaşdıracaq qədər mənfur bir xüsusiyyətdir.

Alim həqiqətən, Allaha xalis bəndə olarsa, elə şücaət və qorxmazlıq onun vücudunu bürüyər ki, şahların hüzurunda danışmaq və onlara öyüd vermək, yeri gələrsə, təhqir etməkdən belə çəkinməz.
Allahın rəsulu Həzrət Muhəmməd (s) buyurur: “Bir saat təfəkkür bir illik ibadətdən üstündür.”  Əmirəl-möminin Əlidən (ə) nəql olunmuş oxşar rəvayətdə isə bir saat düşünmək yetmiş ilin ibadətindən fəzilətli göstərilmişdir. İmam Cəfər Sadiq (ə) düşüncə və düşünməyin dəyərini daha yüksəklərə qaldıraraq buyurur: “Bir saat fikirləşmək min ilin ibadətindən xeyirlidir.”
Əlbəttə, Şeyx ilə Şahın əhvalatından yuxarıdakı çıxarışlar zahiri mənanın kənarında, diqqət və düşüncə sahiblərinin Peyğəmbər (s) və imamlarımızın (ə) göstərişlərinə uyğun diqqət və düşüncə ilə əldə edə biləcəyi gizlin dərslərdir. Şübhəsiz, kitabda nəql edilmiş hər bir hekayə və rəvayətin ətrafında saatlarla düşünməli, arif və övliyaların dedikləri və etdiklərinin həqiqi mənasını kəşf etməliyik. Belə olan surətdə az elmdən çox bəhrə apara bilərik və bu, bizim ömrümüzün bərəkəti sayılar.

Oxucuların nəzərinə çatdırırıq ki, Allahı tanıma və İslam əxlaqına aid hekayə, rəvayət və tarixi hadisələrin mənbəyi kitabın sonunda “İstifadə olunan mənbələr” adı altında öz əksini tapmışdır. İnsanların ruhunu hikmətli kəlamlarla qidalandırmaq məqsədimiz, bu kitabı səmimi şəkildə hazırlamağımıza səbəb olmuşdur.
Hər hansı bir “məna”nı “məna əhlinə” çatdırmaqda yalnız Allahın lütfünə güvənir və bu yolda “məna” xaliqinin təkcə özündən kömək diləyirəm.

Allah bizə yar olsun!
Hörmətlə: Seyid Azər Əhmədoğlu
Qum şəhəri – 2014

ARİFLƏRİN HÜZURUNDA KİTABINI YÜKLƏYİN

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri