Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Hikmət sahibi ulu Xaliqin adı ilə

وَ مَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا – (البقرة: 269)

Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. (Bəqərə surəsi -269)

İnsanın əqidəvi inancları onun fərdi və ictimai həyatında əhəmiyyətli olub, bütövlükdə həyat tərzinə istiqamət verir, dəyərlər sistemini qurur. Necə ki, Qurani-Kərim də buyurur: "Hər kəs öz (əqidəvi) quruluşuna uyğun olaraq rəftar edir" (İsra, 84).

Bu cəhətdən inanclar insanın daxili şəxsiyyətini, həqiqi varlığını formalaşdırır. İnanclar insanı əmələ tərəf sövq edir. Əqidə sağlam olduqda insanın xoşbəxtliyini təmin edir, nadürüst olduqda isə, onu uçuruma aparır.

Odur ki əqidənin möhkəmləndirilməsi, sağlamlaşdırılmasına İslam dini kimi önəm verən ikinci bir məktəb, din tapmaq olmaz.

İslamda "əqidə" bütövlükdə rəftarların, hətta yaxşı əməllərin belə meyarı hesab edilir. Belə ki, yaxşı əməllər belə sağlam əqidədən qaynaqlanmadığı surətdə dəyər hesab edilmir.

İmam Baqir (ə) buyurur: "Tərəddüd və inkarçılıqla edilən əməl, faydasızdır" (Müsnədi İmam Baqir (ə), c. 2, səh. 287).

Hədisin mənası budur ki, əməlin düzgünlüyü, faydası, insan təkamülündəki rolu, əməli yerinə yetirən şəxsin əqidəsinin düzgünlüyündən asılıdır. Odur ki, insanda sağlam əqidə formalaşmayıbsa, həqiqətə şəkk-şübhə ilə yanaşır yaxud həqiqəti inkar edirsə, belə bir insan ümumiyyətlə sağlam, düzgün, faydalı əməl yerinə yetirə bilməz. Çünki əqidə əməlin niyyətini yaradır, əmələ istiqamət verir və beləliklə niyyət (maraq) və istiqamətdir ki, əməlin ləyaqətli olub-olmamasını təyin edir. Məhz bu cəhətdəndir ki, insan ölümdən sonra növbəti aləmə daxil olduqda, ilk olaraq "hansı Allaha inanırdın", "necə bir dinə iman gətirmişdin", "arxasınca getdiyin imam kim idi" kimi əqidəvi suallarla qarşılaşır. Odur ki, islamda əqidələr sahəsində olan araşdırmalar birinci yerdə durur.


Qeyd etdiklərimizi nəzərə alaraq, Allahın yardımı, Zəmanə Sahibinin (əc) inayətilə 2019-cu il Fevral ayının əvvəlindən «Əl-Məhdi (əc)» İMM nəzdində silsiləvi əqidə bəhslərinə start veririk. İnternet vasitəsilə "online" şəklində keçiriləcək dərslərə qoşulmaq istəyən qardaşlarımız aşağıdakı "whatsapp" və "telegram" nömrəsilə əlaqə saxlaya bilərlər.
Əlavə olaraq qeyd edim ki, dərslərdə həm ənənəvi üsuli-din bəhsləri, dini inancların insan həyatı ilə əlaqəsi və həm də müasir dövrdə gündəmdə olan kəlam elminin yeni məsələləri müzakirə ediləcək.

* Mühazirələri dinləmək istəyənlər sadəcə ad yazdırmalı və təyin olunmuş zamanda virtual sinifdə hazır olmalıdırlar.

* Mühazirələrə ad yazdırmaq üçün lütfən göstərilən nömrəyə Telegram yaxud WhatsApp vasitəsilə “Elmi mühazirələr - 2019” sözündən sonra adınız, soyadınız və atanızın adını yazıb göndərin.

* Dərslərin dəqiq zamanı və digər əlaqədar məsələlər barədə Təhsil bölməsi tərəfindən sizə məlumat veriləcək.

+ 98 990 237 07 37


Hörmətlə: Adil Əhmədov

«Əl-Məhdi (əc)» İMM – Təhsil şöbəsi
Müqəddəs Qum şəhəri – 30.02.2019

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri