Allahın adı ilə

5315 9921 4397 2724

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

COVID-19-la əlaqəli xəbərləri çox diqqətlə izləməyin. Günün sonunda bir dəfə xəbərləri dinləmək yetərlidir. Qidalanmaya diqqət yetirin, çalışın hərəkətsiz qalmayın, ev şəraitində özünüzə məşğuliyyət tapın və ya icad edin. Gününüzün bir neçə saatını kitab oxumaq və elmi fəaliyyətə ixtisas verin.

Allahın adı ilə.

ELMİ-PRAKTİK VİRTUAL (ONLİNE) KONFRANS

قَالَ مُوسَىٰ لِقَوْمِهِ اسْتَعِينُوا بِاللَّـهِ وَاصْبِرُوا ۖ إِنَّ الْأَرْضَ لِلَّـهِ يُورِثُهَا مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, bəndələrindən istədiyini onun varisləri təyin edir. Son qələbə təqva sahiblərinə məxsusdur”. (Əraf -128)

Koronavirus adlı dünyanı bürümüş pandemiya ölkələrdən yan keçmədiyi kimi, heç ailələrdən belə yan keçmir. Hər bir şəxsin həyatına birbaşa və dolayısı ilə mənfi təsir edən 2020-ci ilin bəlası yaratdığı fiziki problemlərdən çox insanlarda psixi gərginlik və stresslərin vücuda gəlməsinə səbəb olur.

Qaçılmazdır ki, bu gün virusun yaratdığı vəziyyətlə bağlı tibbi göstərişlərdən əlavə insanların psixoloji dəstəyə də böyük ehtiyacları var. Sosial və iqtisadi qeyri-müəyyənlik, iqtisadi və ictimai fəaliyyətin dondurulması, virusa yoluxma təhlükəsi, getdikcə maddi sıxıntıların artması, əzizlərini qoruya bilməmək həyəcanı kimi problemlərin hər biri tam sağlam bir insanı depressiyaya sala biləcək qədər güclü amildir. Bütün bu problemləri özündə cəmləşdirən Koronavirus, ona yoluxan insanlardan çox - qorxu, ümidsizlik acizlik, gücsüzlük hissinə yoluxmuş cəmiyyət üçün öldürücüdür.

Biz, bütün bunların öhdəsindən gələcək qədər güclüyük… Biz, gələcəyimizi qorumağa qadirik… Ustadımız İlahiyyatçı Kamran Məmmədovun təqdimatında

07 aprel 2020 - Çərşənbə axşamı - 21:00 (Bakı vaxtı ilə)

Qeyd: Konfransda iştirak etmək şansını itirməmək və əlavə məlumatlar üçün aşağıdakı nömrəyə Teleqram və ya WhatsApp vasitəsilə yazın. Diqqətinizə çatdırırıq ki, konfransın yayım linki başlamazdan bir saat öncə "Sağlam Həyat" kanalında paylaşılacaq.

00989902370737

* Əziz iştirakçılar, konfransın mövzusu və icrasından razı qaldığınız təqdirdə sizin istəyinizlə davamı mümkündür. Lütfən bizə yazın və fikirlərinizi bizimlə bölüşün. Konfransın səs yazısını çalışacağıq yuxarıda göstərilən kanallarda paylaşaq. ÜZV OLMAĞI UNUTMAYIN!

Söhbətlərə qulaq asın, suallarınızı ünvanlayın və sağlam qalın!

Cəhdimiz, sizi qorumaq və cəmiyyətimizi böhrandan keçirməkdir - hörmətlə:

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri - 3 aprel 2020

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri