Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Elmsevərlərin diqqətinə! Sizi hər Bazar günü, axşam saat 8-də virtual keçirələcək Höccətül-İslam Xəyal Tofiqoğlunun "İSLAMDA SAĞLAM HƏYAT TƏRZİ" mühazirəsində iştirak etməyə dəvət edirik. Qeydiyyat üçün Teleqram və ya WhatsApp vasitəsilə 00989902370737-yə yazın.

Allahın adı ilə

قال الامام علی بن موسی الرضاء علیهما السلام: إنّ الناسَ لَمْ یُؤتُوا فی‌الدُّنیا شَیئاً خَیراً مِن الیَقینِ و العافِیَةِ، فَاسْألوُهُما - میزان الحكمة، ج ، ص ٤٤٩

İmam Riza (ə): Həqiqətən camaata dünyada yəqindən və sağlamlıqdan xeyirli nəsə verilməmişdir. Elə isə o ikisini tələb edin.

Müsəlmanların həyat qayəsinin hidayət olmaq və nəticə etibarı ilə Allaha yaxınlaşmaq olduğunu nəzərə alsaq, hidayət proqramı, hidayət amilləri və hidayət resursları hər bir müsəlmanın önəm verdiyi mövzular sırasında olmalıdır.

Fiziki, psixoloji və ruhi sağlamlığı da hidayətin resurslarından saysaq, onun keşiyində durmaq, davamlılığını sürdürmək və nöqsan tapdığında da əvvəlki vəziyyətinə qaytarmaq hər birimizin mənəvi borcu olacaq. Sağlam ağıl da təsdiq edir ki, sağlamlıq olmadan hətta gündəlik fəaliyyətlərimizi belə layiqincə yerinə yetirə bilmərik. Bu üzdən sağlamlıq faktoru bizim üçün diqqət mərkəzimizdə olan mövzulardan biri olmalıdır.

Bu dərsdə sağlamlığımıza töhfə verən bir sıra nəzəri bilgilərlə tanış olacaq, ən azından islah tədbirləri çərçivəsində səhhətimizi lazımi səviyyəyə gətirməyə çalıçacağıq. Bioterrorizmin qapımıza qədər gəldiyi bir vaxtda tibbi biliklər və bilgilər digər dini vaciblər qədər əhəmiyyətli və qaçılmazdır.

"Əl-Məhdi (əc)" İslam Maarif Mərkəzi elmi-islami mərkəz olaraq dəyərli Azərbaycan xalqını əziz İslamın Sağlam Həyat Tərzi prinsip və təlimləri ilə tanış etmək məqsədilə silsilə mühazirələrin keçirilməsini planlaşdırmışdır.

Mühazirələrin mövzusu haqda:

1. Ümumi anlayış
2. Konsepsiyalar
3. Önfərziyyələr
4. Təməl prinsiplər
5. Sağlamlığın əxlaq və tərbiyəyə təsiri
6. Sağlamlığı qorumaq üçün islah tədbirləri
7. Diaqnoz
8. Sağlamlığa zərbə vuran amillər
9. Fərdi və ictimai sağlamlığın qarşılıqlı təsirləri
10. Sağlamlıq: ailə və cəmiyyət - inkişaf

Ustad: Höccətül-İslam Xəyal Tofiqoğlu

Zaman: Bazar günləri - axşam saat 8 - 9:30

Qeyd: Mühazirələrdə iştirak etmək şansını itirməmək və əlavə məlumatlar üçün aşağıdakı nömrəyə Teleqram və ya WhatsApp vasitəsilə yazın.

00989902370737

* Əziz iştirakçılar, Xəyal müəllimin mövzu ilə əlaqədar mühazirələri yuxarıda göstərilən kanallarda səs və yazı formasında paylaşılacaqdır. ÜZV OLMAĞI UNUTMAYIN!

Hötmətlə: "Əl-Məhdi (əc)" İMM müdiriyyəti

Müqəddəs Qum şəhəri - 01.03.2020

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri