Əziz elmsevərlər! «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin İslam Maarifi dərslərində (online) iştirak etmək üçün yanvar ayının 20-sinə qədər zamanınız var. Əlavə məlumat üçün Teleqramda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz: 00989902370737
Mehriban və bağışlayan Allahın müqəddəs adı ilə.
قال النبی (ص): الْعِلْمُ عِلْمَانِ عِلْمٌ فِي الْقَلْبِ فَذَاكَ الْعِلْمُ النَّافِعُ وَ عِلْمٌ عَلَى اللِّسَانِ فَذَاكَ حُجَّهًْ اللَّهِ عَلَى الْعِبَاد (معدن الجواهر و رياضهًْ الخواطر، ص ۲۵)
Həzrət Muhəmməd Mustafa (s): Elm iki növdur: biri insanın qəlbində olan elmdir ki, həmin o elm faydalıdır, digəri insanın diliində olan elmdir ki, o bəndələrə qarşı Allahın höccətidir. (Mədinul-cəvahir və riyazətul-xəvatir, səh. 25)
2015-ci ildən başlayan İslam Maarifi dərsləri bu il də «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi və Mədrəsəsində virtual olaraq davam etməkdədir. Allahın lütfü ilə birinci yarım ili uğurla başa vurduq. Hazırda ikinci yarım ilə hazırlıq işləri davam edir. Öncədən mərkəzin təhsil sistemində qeydiyyata düşməyən bəylər və xanımlar yanvar ayının 20-sinə qədər "Təhsil bölməsi"nə müraciət edə bilərlər.
İslam dini ilə tanış olmaq istəyən və İslam maarifini öyrənmək arzusunda olanlar üçün heç bir məhdudiyyət mərkəz tərəfdən tətbiq olunmur. Mərkəzdə dini təhsil almaq hər kəsə pulsuz və azaddır. Sadəcə cinsiyyət, yaş və mövzular üzrə bölgü aparmaq və sinifləri formalaşdırmaq məqsədilə qeydiyyat zamanı müraciət edən şəxs haqda çox qısa məlumat tələb olunur.
Xanımların müraciəti üçün Teleqramda əlaqə nömrəmiz: 00989902370738
Bəylərin müraciəti üçün Teleqramda əlaqə nömrəmiz: 00989902370737
QEYDİYYATDAN KEÇMİŞ TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ
İslam maarifi dərslərində iştirak etmək istəyən qeydiiyyatdan keçmiş (Tələbə kodu almış) hər bir tələbə cədvəldə dərslərin mövzusu, müəllimi və zamanına diqqət etməli, uyğun dərs və ya dərsləri seçməli və onların kodunu Teleqram vasitəsilə "Təhsil bölməsi"nə göndərməlidir.
Əziz tələbələr, dərslərimiz internet üzərindən keçiriləcək, dərslərə qoşulmaq üçün GotoMeeting tətbiqini telefon və ya planşetinizə yükləyin. Sonra əlaqədar qruplarda dərslərin linki paylaşılacaq, iştirak etmək istəyənlər isə sadəcə linkin üzərində klik etməklə dərsə qoşula biləcəklər.
- Google Playda Andorid üçün tətbiqi buradan yükləyin:
- play.google.com/store/apps/details?id=com.gotomeeting&hl=en_US
- App Storeda İPhone üçün tətbiqi buradan yükləyin:
- apps.apple.com/us/app/gotomeeting/id1239774423
Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
10.01.2021
2021-2022-ci il İKİNCİ YARIM TƏHSİL İLİNİN DƏRSLƏRİ
(CƏDVƏL YANVAR AYININ 25-NƏ QƏDƏR YENİLƏNƏCƏK)